• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü dolu Göyçaya böyük ziyan vurdu

Güclü dolu Göyçaya böyük ziyan vurdu
05.05.2014 15:19
Mayın 4-də gecə saatlarında Göyçay rayonuna güclü dolu düşüb.APA-nın yerli bürosunun məlumatına görə, ötən gecə saat 22:00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. Qoz və yumurta boyda düşən dolu əsasən rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Mənzillərin dam örtükləri, pəncərələri və maşınların şüşələri sınıb. Rayonların enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb.  Ötən gecədən bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb. Yerli sakinlər Göyçayda belə güclü dolu yağışının uzun illərdir müşahidə olunmadığını bildirirlər. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib: “Ağaclarda nəinki dəyməmiş meyvələr, yarpaqlar belə tökülüb. Zəmilərdə taxıl tamamilə yanıb. Meyvə ağacları, pomidor və xiyar istixanaları yağan güclü dolu nəticəsində tamamilə bərbad vəziyyətə düşüb. İstixanaların üzərində olan sellofon örtüklər cırılaraq məhsulları yararsız hala salıb”. Təbii fəlakət Göyçayla bərabər, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarından da yan keçməyib. Kənd sakinlərinin sözlərinə görə, bu il rayonda məhsuldarlıq çox az olacaq. Çaylarda suyun səviyyəsi artdığından, dağ kəndlərində həyətyanı sahələri su basıb. Hazırda Göyçay Rayon İcra Hakimiyyətlərində və kənd icra nümayəndəliklərində dolunun əhaliyə vurduğu ziyanın müəyyən edilməsi üçün toplantılar keçirilir. Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri sakinlərlə görüşərək, onların şikayət və təkliflərini dinləyir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol