2021-ci ildə “ABAD”ın gəliri nə qədər olub? - RƏSMİ

2021-ci ildə "ABAD” publik hüquqi şəxsin tərkibində fəaliyyət göstərən təsərrüfat subyektlərinin orta aylıq gəliri 624.46 AZN təşkil edib. Son 5 ildə isə "ABAD” üzvü olanların ümumi gəliri 4.9 milyon manata çatıb, bu barədə Anews.az-ın gmail sorğusuna cavab olaraq "ABAD” publik hüquqi şəxsin mətbuat xidmətindən bildirilib.
"2021-ci ildə "ABAD” üzvü olan subyektlər 1,6 milyon manatdan çox məhsul satıb . Bunun 64%-i qida, 32%-i sənətkarlıq, 4%-i isə antiseptiklərin satışının payına düşür.
2021-ci ildə "ABAD”çıların sayı 31 ədəd artaraq 504-ə çatıb. 31 yeni "ABAD”çıdan 19-u dekorativ-tətbiqi xalq sənətkarlığı, 8-i qida məhsullarının istehsalı,, dördü isə digər sahələr üzrə dəstək alır. 2020-2021-ci ildə ölkədə qəbul edilmiş xüsusi karantin rejiminin tətbiqini nəzərə alsaq, bu rəqəm qənaətbəxş hesab olunur. 504 "ABAD”çıdan isə 394-ü dekorativ-tətbiqi xalq sənətkarlığı, 97-si qida məhsulların istehsalı, 13-ü isə digər sahələr üzrə dəstək alan "ABAD”çılardır.
"İl ərzində 700-ə yaxın müraciət qəbul edilib. Ötən illərlə müqayisədə müvafiq zamanda qəbul edilən müraciətlər daha çox qida məhsullarının istehsalı ilə bağlı olan ideyalardır.", - deyə sorğuya cavabda bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il 1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb.
"ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
"ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.
18 yaşına çatmış və Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olan şəxs "ABAD”ın dəstək verdiyi müvafiq istiqamətlər üzrəbu quruma müraciət edə bilər. Hazırda dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı prioritet sahələr sayılır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























