9 məktəb koronavirusa görə bağlandı

Təhsil Nazirliyi koronavirusun yeni ştamı "Omikron”un sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.
Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib.
Onun sözlərinə görə, bu, fevralın 2-nə olan məlumatdır.
Şöbə müdiri bildirib ki, 299 sinif də tədrisi onlayn formada davam etdirir: "Bir həftə ərzində onlar distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur”.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib