• $
  • €
  • ₽
  • ₺
  • £

Pərviz Şahbazov: "Serbiya 2023-cü ildə SGC-yə inteqrasiyasına ümid edir"

Pərviz Şahbazov: "Serbiya 2023-cü ildə SGC-yə inteqrasiyasına ümid edir"
04.02.2022 15:38
Serbiya, Bolqarıstan-Serbiya qaz interkonnektorunun 2023-cü ildə istismara verilməsi ilə Cənub Qaz Dəhlizinə (SGC) inteqrasiyasına ümid edir.

Bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.

Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə fevralın 1-də başlanılıb və başa çatdırılması 2023-cü ilin dördüncü rübündə planlaşdırılır.

Niş-Dimitrovqrad-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi qismən Avropa İttifaqının (Aİ) qrantları hesabına maliyyələşdiriləcək. Bu maliyyələşdirmə 49,6 milyon avro məbləğində olacaq, Avropa İnvestisiya Bankından 25 milyon avro dəyərində əlverişli kredit əlavə edilməklə. Qaz kəmərinin Serbiya ərazisindən keçən hissəsi isə bu dövlət tərəfindən ödəniləcək.

Serbiya bu günə qədər layihə üçün 7,5 milyon avro ayırıb. İnterkonnektor Niş şəhərini Bolqarıstanın paytaxtı Sofiya ilə birləşdirəcək, yeni boru kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetr təbii qaz təşkil edəcək.

Layihəyə əsasən, yeni qaz kəməri Serbiyanın cari illik ehtiyacı ilə müqayisədə əlavə 80 % ötürmə qabiliyyətini təmin edəcək ki, bu da ildə təxminən 2,4 milyard kubmetr qaz deməkdir.

Bildirilir ki, yeni boru kəməri Yunanıstan və Bolqarıstan arasında inşa edilən yeni boru kəməri (IGB) ilə birlikdə Serbiya və Qərbi Balkanlarda enerji mənbələrini şaxələndirəcək və təchizat mənbələrini genişləndirəcək. O, həmçinin Serbiyanın indiyədək qazı olmayan yerlərdə, əsasən ölkənin cənub və şərq hissəsində qaza çıxışı asanlaşdıracaq.

 Aİ Serbiyanın bütün enerji sektoru üçün 2022-ci il üçün 100 milyon avro, o cümlədən bu layihə üçün 49,6 milyon avro məbləğində geri qaytarılmayan Aİ-nin IPA fondları hazırlayıb.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, "Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.(report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol