Jurnalistin şikayətinə fevralın 24-də baxılacaq

Xeberman.com saytının redaktoru Polad Aslanovun Apellyasiya məhkəsinin qərarından verilmiş kassasiya şikayətinə fevralın 24-ü baxılacaq, bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova bildirib.
Polad Aslanov Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və prosesə sədrlik edən hakim Hafiz Nəsibova müraciət edib.
O, müraciətində məhkəmə proseslərin tam şəkildə açıq keçirilməsini, iştirak etmək istəyən hüquq müdafiəçilərinin, media nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin prosesdə iştirakına şərait yaradılmasını xahiş edib.
"Mən Ali Məhkəmədən işimə tam şəkildə ədalətlə baxılmasını, Azərbaycan Respublikasının Bayrağı altında, Azərbaycan Respublikasının Konstitusiyasına zidd qərar verilməməsini xahiş və tələb edirəm, - deyə o bildirib.
Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























