• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə nazirinin müavinləri kollektivə təqdim olunub

Səhiyyə nazirinin müavinləri kollektivə təqdim olunub
04.02.2022 19:32
Səhiyyə naziri Teymur Musayev yeni təyin olunmuş nazir müavinlərini kollektivə təqdim edib.

Bu barədə Anews.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamlarına əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.

Öz çıxışında Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün bütün sahələrdə peşəkar, vətənsevər kadrlara etimad göstərilir: "İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərərək, bu sahədə təcrübə və idarəçilik bacarığına malik olduqlarını göstəriblər. Əminəm ki, onlar bu yüksək etimadı doğruldacaq və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.

Teymur Musayev nazir müavinlərini təyinat münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Öz növbəsində yeni təyin olunmuş müavinlər onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, səhiyyə sistemində başlanan islahatlar prosesinin davam etdirilməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini və bacarıqlarını əsirgəməyəcəklər.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol