• $
  • €
  • ₽
  • ₺
  • £

4 nəfəri bıçaqlayan şəxsdən XƏBƏR VAR

4 nəfəri bıçaqlayan şəxsdən XƏBƏR VAR
05.02.2022 08:37
Biləsuvarda 4 nəfəri bıçaqlamaqda təqsirləndirilən Qoşqar Orucovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aqil Musayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 15-nə təyin edilib.

Sözügedən hadisə 2021-ci ilin oktyabrında rayonun Amankənd kəndində baş verib. Kənddə yerləşən çay evində sakinlər - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında mübahisə yaranıb. İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovun sözlərinə görə, onlar evə gedərkən Qoşqar Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə cinayət işi başlanıb. Qoşqar Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.(report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol