• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pensiya kapitalının məbləği artıb

Azərbaycanda pensiya kapitalının məbləği artıb
05.02.2022 10:19
Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının məbləği artıb.

"Report”un əldə etdiyi məlumata görə, hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir.

Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır. 

"Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir", - deyə qeyd edilib. 

Nazirlikdən qeyd olunub ki, lakin pensiya yaşına çatsa da pensiya hüququ yaranmayan şəxs heç də sosial təminat sistemindən kənarda qalmır.

"Belə ki, 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin olunur. Həmin müavinət də son üç ildə 2,5 dəfə artırılaraq 180 manata çatdırılıb. Pensiyaların hər ilin əvvəlindən indeksləşdirilərək artırılması əvvəlki ilin orta aylıq nominal əməkhaqqının illik artım tempi göstəricisi əsasında aparılır. Pensiyalara indeksləşdirilməs əsasında artım tətbiq edildikdə bu barədə məlumat veriləcək" , - deyə bildirilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol