• $
  • €
  • ₽
  • ₺
  • £

Normal qonşumuz yoxdur – SƏRT AÇIQLAMA

Normal qonşumuz yoxdur – SƏRT AÇIQLAMA
05.05.2014 14:39

“Türkiyədən başqa...”.

ABŞ, Avropa enerji resurslarımızdan bəhrələnir. Bəs Dağlıq Qarabağ məsələsində niyə ədaləti müdafiə etmirlər? Rusiya ilə də, İranla da münasibətlərimiz normaldır. Bəs niyə Dağlıq Qarabağ məsələsində bizə real dəstək vermirlər? Deməli, onlara belə lazımdır.

APA-nın məlumatına görə, bunu Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Fizuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, adı çəkilən ölkələrin mənlikləri çatsın, tutduqları mövqeyin əsl səbəbini bir dəfə açıq desinlər:

“Ona görə də güvənc yerimiz dövlətimiz, xalqımız, prezidentimizdir. Lazımi qədər texnikası, yetərli sursatı olmayan ordumuz Heydər Əliyevin rəhbərliyi ilə Horadizi, 22 kəndi azad etdi. Bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur və prezident İlham Əliyev əmr verəcəyi halda, Göyçə və Zəngəzur da azad ediləcək. Ermənistanda hakimiyyətdə olanlardan başqa, qalanları səfalət içərisindədir.

Heç olmasa, acından ölən insanlarının xatirinə düz yolu gəlsinlər. Mən bu yaxınlarda Avropa Şurasından böyük bir jurnalist qrupunu qəbul etdim. Dedim ki, niyə erməni jurnalist gətirməmisiniz? Gəlib, hər şeyi görsünlər. Bəziləri deyirlər ki, ermənilərin Azərbaycana səfəri düzgün deyil. Mən bununla razılaşmıram, gəlib Azərbaycanın inkişafını görsünlər, bəlkə bunların nəticəsində Ermənistanda həqiqəti dərk edəcəklər, çevriliş olacaq”.

Ə.Həsənov bildirib ki, Türkiyədən başqa normal qonşumuz yoxdur:

“Hamının gözü bura dikilib, hamı istəyir ki, sərvətlərimizdən bəhrələnsin. Azərbaycanın müstəqilliyini saxlamaq çox çətindir, bu, Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində mümkün olub”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol