• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədəki Azərbaycanlıdan CHP-li deputatın iddialarına - ETİRAZ

Türkiyədəki Azərbaycanlıdan  CHP-li deputatın iddialarına - ETİRAZ
05.02.2022 15:46
Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Aykut Ərdoğdunun iki ölkə arasında enerji sahəsində əlaqələr, eləcə də, dövlət başçıları barədə əsassız iddialar irəli sürməsi Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının kəskin etirazına səbəb olub.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turanın imzası ilə ölkə ictimaiyyətinə ünvanlanan bəyanatda bildirilib ki, diaspor təşkilatları millət vəkili Aykut Ərdoğdunu hiddətlə qınayırlar.

"Bu açıqlamalar Türkiyənin müxtəlif vilayətlərində fəaliyyət göstərən 22 dərnəyin daxil olduğu Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının üzvlərini qəzəbləndirib”, - deyə bildirilib.

Qeyd edilib ki, diaspor təşkilatları iki ölkə arasında qardaşlıq əlaqələrini gücləndirməyə çalışarkən, düşmənlərimizi sevindirəcək bu cür əsassız, böhtan xarakterli iddiaların səsləndirilməsi yolverilməzdir.

"Atalar sözündə deyilir ki, "eşitmir, uydurur”. Aykut Erdoğdunun iddiaları tamamilə həqiqətə uyğun deyil, iftira və böhtandır”, - deyə qeyd olunub.

Bəyanatda bir daha nəzərə çatdırılıb ki, Türkiyə və Azərbaycan bir millətin iki güclü, ciddi və nüfuzlu dövlətləridir.

"Dövlətlərimizi idarə edən möhtərəm Prezidentlərimizin münasibətləri şəffaf və mehribandır, xalqımız tərəfindən təqdirlə izlənilir. Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələri mərhum Prezidentimiz Heydər Əliyev dövründən dostluğumuz, qardaşlığımız faktı nəzərə alınmaqla, iki ölkənin qarşılıqlı maraqlarına uyğun olaraq həyata keçirilir. 

Azərbaycanın enerji ehtiyatlarının Türkiyə üzərindən dünyaya çatdırılması Azərbaycan dövlətinin uzaqgörən seçimi və qətiyyətli siyasəti nəticəsində əldə olunub. Azərbaycan tarixinin heç bir dövründə qardaş Türkiyəyə zərər verməyə cəhd etməyib və bu gün də etməyəcək”, - deyə bildirilib.

Bildirilib ki, bu, Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün siyasi irsinə hörmətsizlikdir, çünki onun qurucusu olduğu partiyanın bir təmsilçisinin belə məsuliyyətsiz açıqlamalar verməsi hər şeydən öncə Azərbaycansevər CHP üzvlərini incidir.

"Mustafa Kamal Atatürkün başlatdığı milli mübarizəyə Azərbaycan xalqının barmaqlarındakı üzüyü göndərəcək qədər verdiyi dəstək tarix kitablarına yazılıb. Yenə də Atatürkün qurduğu partiyanın bir millət vəkilinin məsuliyyətsiz açıqlamalarının hər şeydən əvvəl qəlbində Azərbaycan sevgisi olan milyonlarla CHP-li vətəndaşını üzəcəyi şübhəsizdir. Türkiyə və Azərbaycanın həmrəyliyi nəticəsində əldə edilən Qarabağ Zəfəri ilə dünyaya mühüm mesajın verildiyi bir vaxtda bu cür əsassız bəyanatların heç kimə faydası yoxdur”, - deyə qeyd olunub.

Bəyanat müəllifləri Aykut Ərdoğdunu Azərbaycan və Türkiyə qardaşlığından öz siyasətində istifadə etməməyə çağırıblar və millətimizdən üzr istəməyə dəvət ediblər. CHP rəhbərliyindən isə millət vəkilinin barəsində lazımi intizam tədbirinin başlaması tələb edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol