• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələr təyyarə modelinin hazırlanmasında iştirak edəcək

Tələbələr təyyarə modelinin hazırlanmasında iştirak edəcək
05.02.2022 18:30
Azərbaycanlı tələbələr əfsanəvi "ASW 28” təyyarə modelinin hazırlanmasında yaxından iştirak edəcəklər, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu, mayın 26-29-da Azərbaycanda keçiriləcək "TEKNOFEST” Aerokosmik və Texnologiyalar Festivalı çərçivəsində elan edilmiş "SAILPLANER” müsabiqəsinin hesabına olacaq. Müsabiqədə ali təhsil müəssisələrinin həm bakalavr, həm də magistr pillələrində təhsil alan tələbələr iştirak edə biləcəklər.
Modelin hazırlanması zamanı tələbələr təyyarə gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarının toplanmasını praktiki olaraq tətbiq edəcəklər.

Müsabiqənin şərtlərinə əsasən "SAILPLANER”də 6 nəfərlik tələbə heyətindən ibarət komandalar iştirak edə bilərlər. Komandalar qrup işinə mütləq şəkildə mentor cəlb etməli və final mərhələsinə kimi sabit tərkibdə təmsil olunmalıdırlar. Həmçinin, hər komanda kapitanını öz qrup üzləri arasından seçməlidirlər.

Müsabiqədə iştirak edən komandalara layihənin icrası ilə bağlı müvafiq avadanlıqlardan istifadə etmələri üçün 800 ABŞ dolları texniki dəstək göstəriləcək.

Ali məktəb tələbələri B kateqoriyasını təmsil etməklə I yer 6000 AZN, II yer 4000 AZN, III yer 2000 AZN-dən ibarət Mükafat Fondu uğrunda mübarizəyə qoşula biləcəklər.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol