Qarabağdakı nadir bitki növləri tədqiq OLUNACAQ

Yeganə yayılma mərkəzi Qarabağla məhdudlaşan nadir bitki növləri tədqiq olunacaq.
S. İbadullayeva bildirib ki, yeganə yayılma mərkəzi Qarabağla məhdudlaşan nadir növlərin də "Qırmızı kitab”ın III nəşrinə salınması gözlənilir: "Sözsüz ki, hələlik Qarabağ ərazisini təftiş edə bilmirik, lakin minalardan təmizləndikdən sonra bu ərazilərə təkrar baxılmalıdır. Hər halda yeganə yayılma mərkəzi olan unikal floralara aid növlər qorunmalıdır. Aparılan çoxillik tədqiqatlar, müxtəlif botaniklər tərəfindən ərazidən toplanmış herbari materialları, bu sahəyə dair əsərlər, xüsusən monoqrafiyalar və şəxsən tərəfimizdən toplanmış herbari materiallarının kameral analizi nəticəsində bu say tam dəqiqləşəcək”.
Direktor bildirib ki, Qarabağda olan 121 növ bitki "Qırmızı kitab”ın nə I, nə də II nəşrinə daxil edilməyib
"Qırmızı kitab”ın IIInəşri 2023-cü ildə çap olunacaq
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























