İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər

"Milli Məclisin İntizam komissiyasında deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər".
Bunu "Report"a açıqlamasında parlamentin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur: "Mən hansısa tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm.
Həmkarımın Azərbaycanda kifayət qədər tanınan jurnalistlər barədə söylədiyi fikirlərini qəbul etmirəm. Onlar öz yollarını tutan, faktlara söykənərək baş vermiş hadisələri özlərinə məxsus şəkildə təqdim edən jurnalistlərdir. Onların əməllərində mən nə "xaricə işləmək" əməllərini qəbul edirəm, nə də onların kiməsə işlədiyini qəbul edirəm. Çünki onlar belə jurnalistlər deyillər. Hesab edirəm ki, gərək belə vəziyyət yaranmayaydı. Hər iki tərəfə çağırış edirəm ki, lütfən dayanın. Bundan o tərəfə getməyə ehtiyac yoxdur".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























