Xocavənddə qəza - Yaralanan var - Yeniləndi

Xocavənddə qəzada yaralanan 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib, bu barədə Füzuli rayon Mərkəzi Xəstəxanasından (RMX) məlumat verilib.
Fevralın 6-da gecə saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Füzuli RMX-da olan 5 nəfərin vəziyyəti stabildir , həkim nəzarətindədirlər.
Səhiyyə Nazirliyindən bildirilib ki, Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.
"Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - deyə bildirilib.
Xocavənddə avtobusun qəzaya düşməsinə ilkin ehtimala görə, sürücünün idarəetməni itirməsi səbəb olub, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
*****
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qəza axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib.
Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən bir neçəsi xəsarət alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























