• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda partlayış - 1 ailənin 3 üzvü yaralanıb - YENİLƏNDİ

Salyanda partlayış - 1 ailənin 3 üzvü yaralanıb  - YENİLƏNDİ
07.02.2022 11:58
Salyanda qaz partlayışı nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb, Bu barədə Salyan Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Rayonun Qarabağlı kəndində baş hadisə zamanı xəsarət alanlardan birinin vəziyyəti ağır, iki nəfərin vəziyyətlərinin isə orta-ağırdır.

"Hadisə zamanı xəsarət alan, ailə başçısı Zaur Qurbanovun vəziyyəti ağırdır. Digər xəsarət alanlar ana və oğlunun vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilib, onların müayinə və müalicələri davam etdirilir",- deyə bildirilib. 

*****
Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.

Hadisə Qarabağlı kəndində baş verib.

İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü - 42 yaşlı Zaur Qurbanov Mikayıl oğlu, onun həyat yoldaşı, 41 yaşlı Şəfəq Qurbanova Əli qızı və ailənin övladı, 21 yaşlı Mikayıl Qurbanov Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol