• $
  • €
  • ₽
  • ₺
  • £

"Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz" - Əflatun Amaşov

"Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz" - Əflatun Amaşov
07.02.2022 09:40
Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. 

Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb.
 
"Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik", - deyə o bildirib.

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi", - deyə Amaşov əlavə edib.

Deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq  London məhkəməsi tərəfindən müsadirə olunub. Yerli mətbuat və sosial şəbəkələrdə müsadirə barədə qərarının bu vəsaitin deputat tərəfindən qeyri qanuni yolla əldə edildiyi ilə bağlı olduğu bildirilir.  Deputat məsələ ilə bağlı müsahibəsində müsadirə faktını  təsdiqləsə də,   vəsaiti qanuni yolla  qazandığını söyləyib.
 
Onun sözlərinə görə,  London məhkəməsinin qərarı ilə ailə üzvlərimin bank hesablarında olan 15 milyon funt-sterlinqin 10 milyonu sərbəst buraxılıb. Qalan 5 milyon məbləğ isə  Beynəlxalq Bank vasitəsilə köçürüldüyündən və bu bankın adının vaxtı ilə qeyri qanuni əməliyyatlarla əlaqəli hallandığından  müsadirə olunub.  Feyziyev həmçinin barəsində sosial şəbəkədə məlumat yayan bir qism Azərbaycan siyasətçisi və jurnalisti təhqir edərək onları özünə qarşı qərəzlilikd suçlayıb.  

Ləman Qasımova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol