• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili Yardım sahəsində fəaliyyət üçün yol xəritəsi hazırlanacaq

Təcili Yardım sahəsində fəaliyyət üçün yol xəritəsi hazırlanacaq
07.02.2022 10:48
11-12 fevral tarixlərində ÜST-nin təcili yardım üzrə eksperti Prof. Dr. Li Uollisin və beynəlxalq mütəxəssislərin iştirakı ilə Təcili Yardım sahəsində fəaliyyət üçün yol xəritəsinin hazırlanması üzrə görüş keçiriləcək.

Bu barədə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək və sübutlara əsaslanan inkişaf xəritələrini təqdim etmək məqsədilə Azərbaycan Tibb Universitetində "Təcili Tibbi Yardım Sistemi və Akademik Tədrisdə Təcili Tibb" mövzusunda keçirilən simpoziumda deyilib.


Simpoziumda Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı və Azərbaycan Səhiyyə Nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nümayəndəsi Araz Nəsirov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəz, Respublika Klinik Hospitalı, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən Təcili Tibbi Yardım xidmətinin əməkdaşları, habelə təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər.

Simpoziumdan sonra "Xəstəlik hallarının idarə olunması” və "Təcili Yardım Şöbəsinin İdarə Olunması” kurslarının tədrisinə start verilib. "Xəstəlik hallarının idarə olunması" kursu hər biri həftə ərzində iki dəfə olmaqla (səhər və günorta kursları) tədris ediləcək 6 müxtəlif dərsdən ibarətdir. Eyni zamanda iki növbədə 5 yarım gün davam edəcək Təkmil Həyat Dəstəyi (ACLS) də tədris olunacaq kurslardan biridir. Kursun yekununda iştirakçılar təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarını 3 müxtəlif situasiya məsələsi vasitəsilə dərindən mənimsəyəcək, eyni zamanda, ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan həyati təhlükəyə yaradan halların mütərəqqi tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumat əldə edəcəklər.

Bununla yanaşı, BMT-nin Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilən "Təcili Yardım Şöbəsinin İdarə Olunması” kursu təhlükəsiz, yüksək keyfiyyətli təcili tibbi yardım xidməti təmin etmək, eləcə də təcili tibbi yardım işini səmərəli həyata keçirmək məqsədilə müvafiq sahə üzrə rəhbər şəxslərin liderlik və idarəetmə potensialını inkişaf etdirmək məqsədi daşıyır. Kurs iştirakçıların Azərbaycanda təcili tibbi yardımın mövcud vəziyyətini düzgün analiz etməyə, ölkə daxilində təcili tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmağa, həmçinin effektiv səhiyyə siyasəti yaratmağa yardım edəcək bilik və bacarıqlarını artırmağı hədəfləyir. Kurs başa çatdıqdan sonra  Təcili Yardım sahəsində fəaliyyət üçün yol xəritəsinin hazırlanması üzrə görüş nəzərdə tutulub.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol