1656 şəxs işlə təmin olunub - RƏSMİ

"Məşğulluq marafonu”na bu günədək 612 işəgötürən qoşularaq 4126 vakansiya təqdim edib. Təqdim edilmiş vakansiyalar üzrə qeyd edilən kateqoriyalara aid 1656 şəxs işlə təmin olunub, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
2021-ci ilin iyununda başladılan"Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən "Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və İkinci Qarabağ müharibəsində yaralanmışlar isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























