• $
  • €
  • ₽
  • ₺
  • £

Oğuzda 100-ə yaxın ağac kəsilib

Oğuzda 100-ə yaxın ağac kəsilib
07.02.2022 18:00
Oğuzun Çaldaş kəndi ərazisində qiymətli ağaclar kəsilib. Hazırda ərazidə saqqız ağacları, nadir şam nümunələri də daxil olmaqla 100-ə qədər ağac kəsilib, bu barədə Çaldaş kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, örüş sahəsi yaxınlığında Türyançay Dövlət Təbiət Qoruğu ərazisində qiymətli ağaclar da daxil olmaqla 100-ə qədər ağacların kəsildiyinin şahidi olublar. Sakinlər təbiətə vurulan bu ziyanın qarşısının alınmasını istəyirlər.

Çaldaş kəndinin daxil olduğu Böyük Söyüdlü bələdiyyəsindən bildirilib ki, sözü gedən ağacların kəsildiyi ərazi kənd ərazisi deyil.
 
"Bura Türyançay Dövlət Qoruğunun meşə ərazisidir. Ağacların kəsildiyi meşə ərazisinin bizim kəndimizə heç bir adiyyəti yoxdur", deyə onlar bildirib.
Türyançay Dövlət Təbiət Qoruğundan isə bildirilib ki, ağacların kəsildiyi əraziyə baxış keçirilib.

"Biz ağacların kəsildiyi meşə ərazisinə baxış keçirdik və müəyyən etdik ki, həmin ərazi Türyançay qoruğuna daxil olmayan meşə ərazisidir",- deyə məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, artıq araşdırmalara başlanılıb.
 
"Faktla əlaqədar komissiya təşkil olunaraq ərazidə araşdırılmalar aparılır. Araşdırmaların nəticəsindən sonra ağacların hansı əraziyə aid olduğu müəyyənləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək",- nazirlik deyib.(report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol