• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada "Smart Qarabağ" hakatonu keçirilə bilər

Şuşada "Smart Qarabağ" hakatonu keçirilə bilər
07.02.2022 14:42
Gələcək illərdə "Smart Qarabağ” hakatonu Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirilə bilər, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə aşıqlamasında deyib.
 
2022-ci ildə  "Smart Qarabağ” hakatonu 26-29 may tarixlərində Bakıda ilk dəfə Aerokosmik və Texnologiya Festivalı – "Teknofest” çərçivəsində keçiriləcək.

"Yarışma iki müstəvidə keçiriləcək, fiziki olaraq Bakı şəhərində, virtual olaraq isə dünyanın bütün yerlərindən bu yarışmaya qatılacaq insanlar olacaq. Gələcək illərdə biz düşünürük ki, bu tədbiri Qarabağın bütün bölgələrində, o cümlədən Şuşada da keçirə bilərik”, - deyə nazir qeyd edib.

O həmçinin İlham Əliyevin tapşırığı ilə Qarabağda hazırda aparılan tikinti-quruculuq işlərindən söhbət açaraq əlavə edib ki, bu tapşırıqlardan biri də Qarabağı "yaşıl zona”ya və bu ərazinin ən qabaqcıl texnologiyaların tətbiq olduğu məkana çevrilməsindən ibarətdir.

"Texnologiyaların burada sınaqdan keçirilməsi də qoyulan məqsədlər arasındadır. Burada tətbiq ediləcək texnologiyaların əsas məqsədi, ilk növbədə, texnoloji baxımdan davamlı olması, ikincisi, ölkədə innovasiyaların inkişafı baxımından təkan verməsi və üçüncüsü – səmərəlilikdir. "Smart Qarabağ” hakatonunun keçirilməsi də məhz bu üç məqsədə xidmət edir ki, burada gənclərin yeni həlləri, texnoloji ideyaları və təklifləri ilə bir araya gəlib, onların bu prosesdə bilavasitə iştirak etmələrini təmin ediləcək”, - deyə  Nəbiyev qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol