Bakıda koronavirusa görə bağlanan məktəblərin sayı AÇIQLANDI

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdən 11-nin fəaliyyəti distant təhsil formasında davam etdirilir, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
"Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq oktyabr ayından bu günə kimi BŞTİ-nin tabeliyindəki məktəblərdən 41-nin fəaliyyəti distant təhsil formasında davam etdirilib. Onlardan 30-da məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb, əyani dərslər bərpa edilib”, - deyə Vəliyeva əlavə edib. (oxu.az)
www.anews.az
Onun sözlərinə görə, 11 məktəb üzrə 215 sinif distant tədrisdədi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























