Ramiz Mehdiyev bu gün istefa verəcək? - İDDİA - YENİLƏNDİ

Ramiz Mehdiyevin istefa İddiaları ilə bağlı AMEA-nın sözçüsü Azadə Balayeva bildirib ki, bu günə Rəyasət Heyətinin toplantısı təyin edilməyib.
"Rəyasət Heyətinin toplantısı ənənəvi olaraq hər həftə keçirilir. Bu toplantılarda, adətən, elmi bölmələrin ötən ilki fəaliyyətlərləri təhlil olunur, hesabat verilir. Bu həftəki toplantıda da fizika-riyaziyyat bölməsinin hesabatı dinləniləcək. Amma toplantının tarixi hələ təyin olunmayıb. İclasın gündəliyində sadəcə bir məsələ var, o da fizika-riyaziyyat bölməsinin 2021-ci illə bağlı hesabatı”, deyə mətbuat katibi bildirib.
Bu gün, 8 fevral tarixinə AMEA Rəyasət Heyətinin toplantısı təyin edilib.
Publika.az xəbər verir ki, iddia olunur ki, toplantıda Ramiz Mehdiyev istefa verəcək.
Onun yerinə birinci vitse-prezident Arif Həşimovun seçiləcəyi də bildirilir.
AMEA prezidenti Rəyasət Heyətinin toplantısında deyil, AMEA Ümumi yığıncağında seçilir. Bu baxımdan hətta Ramiz Mehdiyev həmin gün istefa versə belə, Arif Həşimov səlahiyyətlərin icraçısı ola bilər.
Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-cu ildə gəlib. Bundan sonra qurumda baş verən korrupsiya və pulla diplom alınması haqda məlumatlar mətbuatın gündəminə çevrilib. Elə Ramiz Mehdiyevin özünün də pulla diplom alması məsələsi də diqqət mərkəzinə gəlib. 2020-ci ildə Azərbaycan Naminə İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi pulla akademik diplomu almaqda ittiham etmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























