• $
  • €
  • ₽
  • ₺
  • £

"İran kanallarının Azərbaycanın cənubunda kütləvi yayımının qarşısı alınacaq"

"İran kanallarının Azərbaycanın cənubunda kütləvi yayımının qarşısı alınacaq"
08.02.2022 14:24
"İran kanallarının Azərbaycanın cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır”.

Anews.az "report"a istinadla xəbər verir ki, bunu əqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:

"Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunu real effektini görəcəyik”.

2019-cu ildə Azərbaycana səfər edən İranın keçmiş informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Yaromi (Mohammad-Javad Azari Jahromi) "Report”a müsahibəsi zamanı bildirmişdi ki, bu sahədə ortaq işçi qrupu yayradılıb və fəaliyyət həyata keçirilir.

"Biz dünya standartlarına uyğun olaraq 2,5 kilometrlik şüa nəzərdə tuturuq. Həmin məsafədə tezliklərə nəzarət etməliyik. İranla Azərbaycanın 370 kilometrlik sərhədi var, yalnız Ərdəbil vilayəti istiqamətində İran tərəfdə 180 kənd var. Düzdür, bu sahədə işlər görülüb və tezliklərə müdaxilələr azalıb, amma 2,5 kilometrlik məsafədə insanlar yaşayır və onlar yenə də müəyyən problemlərlə üzləşirlər. İşçi qrupu davamlı olaraq işləyir və vəziyyətin yaxşılaşdırmasına çalışır. Tezlik belə deyil ki, ona bu nöqtədən o tərəfə keçmə deyilsin, bu, dalğadır. Amma ona nəzarət etmək lazımdır", - Məhəmməd Cavad Azəri Yaromi qeyd etmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol