• $
  • €
  • ₽
  • ₺
  • £

“Al Market” Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb

“Al Market” Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb
08.02.2022 16:13
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına tövhəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. Nazirlər, millət vəkilləri və digər dövlət xadimləri iştirak edib. Fəaliyyət dövrü ərzində daim sosial layihələrdə aktiv iştirak edən "Al Market” mağazalar şəbəkəsi də mükafata layiq görülüb. Mağazalar şəbəkəsi "Qazilərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, "Məşğulluq altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan” və "Məşğulluq altsistemində ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə təltif edilib.
 
Təşkilatçılar tərəfindən bildirilib ki, "Məşğulluq marafonu” korporativ sosial məsuliyyətin bir nümunəsidir, şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təminatına xidmət edən bu marafonda "Al Market” ən aktiv iştirak edən tərəfdaşlardan olub. Marketlər şəbəkəsi tərəfindən hər zaman həssas qrupların iş təminatının həyata keçirildiyini  və bu prosesin gələcəkdə də davam edəcəyi bildirilib.

 2012-ci ildə fəaliyyətə başlayan "Al market" Azərbaycanın ilk endirimli - discount mağazalar şəbəkəsidir. Bu gün ölkənin dörd bir bölgəsində 800-ə yaxın mağazası və 4000 əməkdaşı ilə pərakəndə sektorunun ən uğurlu şəbəkə marketlərindəndir. 





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol