İctimai fəalın şikayəti təmin edilməyib - Həbsdə saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Fuad İsmayılovun şikayətinə baxılıb və Bakı Nizami rayon Məhkəməsin onun bir ay inzibati həbsdə qalması barədə qərarı qüvvədə saxlanılıb.
Fuad İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə təqsirkar bilinib.
O, yanvarın 29-da saxlanılıb. Saxlanılma səbəbi Bakıda yanvarın 28-də küçədə asılmış Türkiyə bayrağını endirməsi olub. Sosial şəbəkələrdə yayılmış videoda görünür ki, İsmayılov küçədə asılmış Türkiyə bayrağını saxlayan ipi kəsir və bayraq yerə düşür.
Türkiyə bayrağını saxlayan ipi kəsməsinin səbəbi barədə İsmayılov məhkəmədə deyib ki, Türkiyənin bayrağı Azərbaycan bayrağı ilə yanaşı Bakının Suraxanı, Nizami və başqa rayonlarında, o cümlədən əxlaqsızlıq yuvalarının qarşısında asılıb.
"Bununla əlaqədar bir neçə dəfə polis orqanlarına müraciət etmişəm. Lakin reaksiya verilməyib. Mənim Türkiyə bayrağını saxlayan ipi kəsməyim hüquq-mühafizə orqanlarının müraciətimə cavab verməməsinə etirazımdır. Türkiyəni Azərbaycan qədər sevirəm və heç vaxt bu ölkənin bayrağına hörmətsizlik etmək niyyətim olmayıb,” - deyə İsmayılov bildirib.
Fuad İsmayılov məhkəmədə deyib ki, saxlanılanda və polis bölməsində onu döyüblər, zərbələrdən qulağının pərdəsi deşilib. Hazırda həm üzündə, həm də bədənində xəsarət izləri var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev polis bölməsində Fuad İsmayılova qarşı hər hansı təzyiqin göstərilməsi ilə bağlı iddianı "əsassız" adlandırıb.
Elşad Hacıyev bildirib ki, iddiaların təfərrüatlarının yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.
"Fuad İsmayılov müayinədən keçirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsində keçirilən müayinə zamanı onun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmayıb”, - deyə o əlavə edib.
"Fuad İsmayılov müayinədən keçirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsində keçirilən müayinə zamanı onun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmayıb”, - deyə o əlavə edib.
Fuad İsmayılov bundan öncə də bir neçə dəfə inzibati həbsə məhkum edilib.
O, 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı yazdığı üçün saxlanılıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























