• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda rektorların rekordu – SİYAHI

Azərbaycanda rektorların rekordu – SİYAHI
05.05.2014 12:19
Bir neçə gün öncə Mədəniyyət və İncəsənət Universitetində 27 ildir rektor işləyən 69 yaşlı Timuçin Əfəndiyev vəzifəsindən azad edildi. O, 1987-ci ildən (27 il) həmin vəzifəni tuturdu ki, bu da rektorlar arasında rekord göstərici idi. Oxu.Az xəbər verir ki, hazırda ən az rektorluq təcrübəsi olan şəxs bir neçə gün öncə – mayın 2-də Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə gətirilən 53 yaşlı Fərəh Əliyevadır.Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev 1987-ci ildən bu vəzifəni icra edir. 27 ildir ki, rektordur. 77 yaşlı rektor həm də Milli Məclisin deputatıdır. Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov 22 ildir ki, bu ali təhsil ocağının rəhbəridir. Həm deputat, həm də rektor olan Əhliman Əmiraslanov 67 yaşındadır. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 64 illik ömrünün 15 ilini rektorluq vəzifəsinə sərf edib. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. O, rektor olmaqla yanaşı, həm də deputatdır.Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov 2000-ci ildən rektor vəzifəsinə təyin olunub. Həm deputat, həm də 14 ildir rektor olan Səməd Seyidovun 50 yaşı var. Bakı Slavyan Universitetinin rektoru da yeni simadır. Bu il martın 17-də sözügedən vəzifədə Kamal Abdullanı əvəzləyən Asif Hacıyev cəmi 1 aylıq rektor təcrübəsinə malikdir. Onun 54 yaşı var.Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova 2000-ci ildən rektor vəzifəsini tutur. 61 yaşlı rektor 14 ildir ki, bu vəzifədədir. O həm də millət vəkilidir.  Sumqayıt Dövlət Universitetinin rektoru da yeni təyin olub. 2000-ci ildən rektor postunu tutan Nadir Qəhrəmanov bir müddət öncə vəzifədən azad edildi. Bu il martın 6-da prezidentin sərəncamı ilə 66 yaşlı Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor gətirildi.Azərbaycan Dövlət İqtisad Universitetində də rektor bu il dəyişdi. 10 il rektor kürsüsündə əyləşən 64 yaşlı deputat Şəmsəddin Hacıyev martın 5-də bu postla vidalaşmalı oldu. İqtisad Universitetinin yeni rektoru Ədalət Muradovun 52 yaşı var.Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı 2005-ci ildən rektor vəzifəsindədir. 9 ildir bu vəzifədə çalışan 64 yaşlı A.Naxçıvanlı həm də Milli Məclisin deputatıdır.  Azərbaycan Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov 2006-cı ildən (8 il) rektor vəzifəsində çalışır. Onun 64 yaşı var. Prezident Yanında İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov 2011-ci ildən rektor postuna təyin olunub. Rektorun 71 yaşı var. Xatırladaq ki, rektorlar ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təyin olunurlar.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol