• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşlar notarial xidmətləri online həyata keçirə biləcək

Vətəndaşlar notarial xidmətləri online həyata keçirə biləcək
09.02.2022 14:43
Ədliyyə nazirliyi ilə Paşa Bankın birgə əməkdaşlığı çərçivəsində vətəndaşların işini bir az da asanlaşdırmaq məqsədi ilə "mobil norariat” tətbiqi sadə vətəndaşların istifadəsinə verilib. Onlayn Bank platformasına inteqrasiya olunmuş yeni sistemin dəstəyi ilə müştəri elektron kabinetindən ərizəsini videoyazı ilə birgə notariusa göndərərək notariat qaydasında təsdiqlədə biləcəkdir.

Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, bu tətbiq uğurlu olarsa gələcəkdə digər banklarla da əməkdaşlıq qurulacaq.

"Nəticədən asılı olaraq, başqa banklarla da bənzər əməkdaşlığın yaradılması gələcəkdə düşünülə bilər. Hazırda notarial mobil tətbiq vasitəsilə 12 növ müxtəlif notarial xidmətlərin rəsmiləşdirilməsi həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində ölkədə iqtisadi proseslərin tənzimlənməsində əhəmiyyətli rolu olan PAŞA Bankın onlayn bank platforması ilə "Mobil notariat” tətbiqinin inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək”, - deyə nazirlik rəsmisi bildirib.

"PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov anews.az-a açıqlamasında bildirib ki, bu tətbiq vasitəsilə bank həm müştərilərinə yeni xidmət təqdim etmiş olacaq, həm də özləri üçün yeni müştəri qazanacaq.

"Bu texnoloji həll ilkin mərhələdə müştərilərlə imzalanmış Ümumi Şərtlər Toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq olunacaq. Bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək. Bundan başqa bank əməliyyatına sərf olunan vaxta maksimum qənaət edilməsi "PAŞA Bank”ın əsas prioriteti olduğunu nəzərə alaraq bu xidmətin vətəndaşlar üçün də yaxşı olacağını düşünürük. Bu cür texnoloji həllərin tətbiqi isə təkcə müştərinin deyil, həm də dövlət və özəl sektor arasında təşkil edilən birgə xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verəcək”, - deyə Xəlilov bildirib.  

Mobil notariat tətbiqi 2019-cü ildən istifadəyə verilib və bu sistemdən bir çox dövlət qurumları istifadə edə bilirdi. Tətbiqin ümümumilikdə 200 min istifadəçisi var. 

Gülnar Nazimqızı 














www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol