• $
  • €
  • ₽
  • ₺
  • £

Cavanşir Feyziyevin qardaşı dövlətdən 200 manat yardım alıb – FOTO

Cavanşir Feyziyevin qardaşı dövlətdən 200 manat yardım alıb – FOTO
09.02.2022 14:07
Böyük Britaniya məhkəməsi  deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə - həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus 5,6 milyon funt-sterlinq (12,9 milyon manat) məbləğində vəsaitin müsadirə olunması haqqında qərar verib. Deputatın ailə üzvlərinə məxsus olan və üzərinə həbs qoyulan 9,7 milyon funt-sterlinq (22,3 milyon manat) isə onlara geri qaytarılıb.
 
Cavanşir Feyziyevin ailə üzvlərindən bəziləri Böyük Britaniya banklarında milyonlarla vəsait saxlasa da, digər ailə üzvləri Azərbaycanda dövlətdən yardım alıblar.
 
Böyük Britaniya banklarında böyük həcmdə vəsaiti olan şəxslərdən biri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Bəşir oğlu Cavanşirdir. Azərbaycanın ən böyük siqaret istehsalçısı olan "Tabaterra”  QSC-nin rəhbəri olan Elman Cavanşirin atası Feyziyev Bəşir Əyyub oğlu Şəki rayonun Böyük Dəhnə kəndində ona məxsus olan 4 hektar torpaqda əkin işləri görə bilmək üçün dövlətdən 200 manat yardım alıb.
 
Dövlətdən 200 manat yardım alan Bəşir Feyziyevin oğlu Elman Cavanşirin rəhbərlik etdiyi "Tabaterra Leaf” QSC ötən ilin oktyabr ayında təxminən 30 milyon xərcləyərək "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-ni satın alıb.(Yeniavaz)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol