• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsu”nun əməkdaşı fiziki təzyiqə məruz qalıb

“Azərsu”nun əməkdaşı fiziki təzyiqə məruz qalıb
09.02.2022 14:51
"Azərsu” ASC-nin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abunəçinin fiziki təzyiqinə məruz qalıb.
 
Bu barədə  qurumdan məlumat verilib.
 
Səhmdar cəmiyyəti içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görür. Abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən "Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. Qurumun "Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abunəçinin fiziki təzyiqi ilə üzləşib.
 
İdarənin xidməti ərazisində olan "Saray-H” MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abunəçinin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 680 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, vətəndaş borcu ödəməkdən imtina edib. "Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən 7 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.
 
8 fevral 2022-ci il tarixində "Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abunəçiyə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin o, "Azərsu" əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib, yumruqla vuraraq xəsarət yetirib.
Baş vermiş hadisəni "Bağlar Sukanal” İdarəsinin əməkdaşları aktlaşdırıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub.
 
"Göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə "Azərsu” hüquq-mühafizə orqanlarına müraciət edəcək.
 
Yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər", - deyə "Azərsu" bəyan edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol