Almaniyadan bu il üçün ilk kütləvi deportasiya gözlənilir

Almaniya Federativ Respublikasından Azərbaycan vətənaşlarının növbəti kütləvi deportasiyası gözlənilir.
www.anews.az
Avropa bürosunun deportasiya ediləcək Azərbaycan Respublikası vətəndaşlarından əldə etdiyi məlumatda deyilir ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin müxtəlif şəhərlərində yaşayan 50-ə yaxın şəxs ötən gün Düsseldorf hava limanı yaxınlığında Almaniya Federal Daxili İşlər Nazirliyinə aid deportasiya ediləcəklərin müvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.
Həmin şəxslərin əksəriyyəti 2015-2019-cu illər arasında Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən şəxslərdir. Yerli məhkəmələr tərəfindən sığınacaq istəyi rədd edilən Azərbaycan vətəndaşlarına əvvəlcə ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq olunub. Daha sonra onların barələrində yerli idarə məhkəmələri tərəfindən deportasiya qərarı çıxarılıb.
Bu, Azərbaycan vətəndaşlarının 2022-ci ildə Almaniyadan ilk kütləvi deportasiyası olacaq. Ötən il Almaniyadan Azərbaycana 9 belə kütləvi deportasiya həyata keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























