• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Şuşadan oğurladıqları xalçalara yer axtarırlar

Ermənilər Şuşadan oğurladıqları xalçalara yer axtarırlar
09.02.2022 16:10
Ermənistanda II Qarabağ Müharibəsi zamanı Şuşadan oğurlanıb aparılan qiymətli xalçalarla bağlı məsələ parlament üzvlərinin gündəmində müzakirə olunmaqdadır.

Parlamentin "Ermənistan” fraksiyasının deputatı Elinar Vardanyan bu gün xatırladıb ki, müharibə zamanı Şuşadan 170-ə yaxın qiymətli xalça çıxarılıb.
 
Bu xalçalar müvəqqəti olaraq Aleksandr Tamanyan adına Milli Memarlı Memarlıq Muzey-İnstitutunda saxlanılır. İnstitut isə xəbərdarlıq edib ki, xalçalar harasa köçürülməlidir.
 
Deputat təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyandan bu prosesin hansı mərhələdə olduğunu, xalçalar üçün xüsusi sahənin ayrılıb-ayrılmadığını soruşub.
 
Xzmalyan bildirib ki, "kolleksiyanın sahibi” ilə bir neçə dəfə görüş keçirilib və vəziyyət belədir: bütün qiymətli əşyaların bir məkanda təqdim edilməsi planlaşdırılır, çünki zəngin ekspozisiya təqdim olunanda ziyarətçi axını daha çox olur.
 
"Biz bu xalçaların nümayişinin zəruriliyini, siyasi əhəmiyyətini dərk edərək, mövcud və ən yaxşı aparıcı muzeylərdə sərgi təşkil etməyi təklif etdik. Düşünürəm ki, bu gün daha yaxşı həll yolu təklif etmək çətindir. Əks halda, biz yeni muzey tikməliyik, bəlkə bu, müzakirə mövzusudur, bilmirəm”, - deyən nazir müavini hazırda xalça sərgisinin təşkili üçün ən yaxşı yerin hara olduğuna qərar verdiklərini qeyd edib.
"Mülki müqavilə” fraksiyasının deputatı Sisak Qabrielyan bildirib ki, gələn həftə xalçalarla bağlı beynəlxalq tərəfdaşlara müraciət etmək planlaşdırılır.
 
Ermənilərin Şuşa Xalça Muzeyindən oğurladığı xalçaların ən qədiminin 350 yaşı var. Ermənistan ənənəvi oğurluq sayəsində ələ keçirilən xalçaları dünyaya öz mədəniyyət nümunəsi kimi təqdim edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol