• $
  • €
  • ₽
  • ₺
  • £

Elton Məmmədova qarşı şikayət rədd edildi

Elton Məmmədova qarşı şikayət rədd edildi
09.02.2022 16:13
Səbail Rayon Məhkəməsində sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
 
Hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxış edən Elton Məmmədov barəsində verilmiş şikayətin əsassız olduğunu deyib.
 
E.Məmmədov ifadəsində Kamal Məmmədova qarşı hər hansı təhqir hesab olunacaq söz demədiyini bildirib:
 
"Mən demişəm ki, Tərtər hadisələrində sizin da adınız var. Bu söz təhqir hesab oluna bilməz. Kamal Məmmədov xüsusi sifariş alıbsa, başqa məsələ. Mən Azərbaycan Elmlər Akademiyası ilə bağlı məsələlərdə haqqın tərəfdarıyam. Hüquq pozuntularına qalsa, Kamal müəllimin rəhbərlik etdiyi şöbədə daha çox hüquq pozuntuları var. Deyir məni cinayətkar adlandırıb, onda elə kimə cinayətkar deyirlərsə, xüsusi ittiham qaydasında şikayət verilməlidir məhkəməyə?".
 
Məhkəmədə çıxış edən xüsusi ittihamçı Kamal Məmmədov isə Elton Məmmədovun ona şər və böhtan atdığı üçün şikayətinin məhkəmə baxışına verilməsini xahiş edib: "Elton Məmmədov məni cinayətkar adlandırıb, dələduz deyib. İnsan səhvini başa düşər, amma bu adam dayanmır. Məni Tərtər hadisələrində ittiham edir ki, mən o işlə bağlı hökm qəbul etmişəm. Xahiş edirəm şikayətim qeydə alınsın".
 
Elton Məmmədovun vəkilləri müdafiə etdikləri şəxsin əməlində hər hansı cinayət əməli olmadığını deyərək şikayətin rədd edilməsini xahiş ediblər.
 
Məhkəmə qərar qəbul edib.
 
Qərara əsasən, Kamal Məmmədov tərəfindən qaldırılmış xüsusi ittiham qaydasında şikayət rədd olunub.
 
E.Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Səbail rayon Məhkəməsinə müraciət edən şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
 
 Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol