• $
  • €
  • ₽
  • ₺
  • £

Parkdan 2560 manatlıq fontan başlığı oğurlanıb - VİDEO

Parkdan 2560 manatlıq fontan başlığı oğurlanıb - VİDEO
09.02.2022 17:02
Səbail rayonunda yerləşən parklardan birindən 32 ədəd ümumi dəyəri 2560 manat olan fontan başlığı oğurlanıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Balakən rayon sakini Rəşad Qurbanov saxlanılıb.
 
O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Bölmədə əlavə araşdırma aparılan zaman Rəşad Qurbanovun paytaxtın müxtəlif rayonlarında yerləşən parklarından da elektrik avadanlıqları oğurladığı müəyyən edilib.
 
Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rəşad Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol