• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Ramiz Abutalıbovun anım mərasimi keçirilib - FOTOLAR

Moskvada Ramiz Abutalıbovun anım mərasimi keçirilib  -  FOTOLAR
06.02.2022 15:43
Azərbaycanın ictimai xadimi, məşhur diplomat, tədqiqatçı Ramiz Abutalıbovun 40 mərasimi illə əlaqədar ömrünün son günlərini yaşadığı Moskva şəhərində anım mərasimi keçirilib. 
 
Ramiz Abutalıbov 1937-ci ildə ziyalı ailəsində anadan olub.

O,  Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, onlarla bağlı xaricdə saxlanılan arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb.  Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunub. 


Bundan başqa Ramiz Abutalıbov Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.


Onun həmçinin Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir azərbaycanlının  qəbrinin bərpa edilməsində müstəsna xidməti var. 


Bakı Media Mərkəzi 2016-ci ildə Ramiz  Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında "Əbədi ezamiyyət" sənədli filmini çəkib və "Qərib məzarlar" kitab-albomunu nəşr edibdir.


Ramiz Abutalıbov 2022-ci il, yanvarın 1-də Moskva xəstəxanasında vəfat edib və Bakıda İkinci fəxri xiyabanda dəfn olunubdur. 
 
Allah rəhmət eləsin!
 
Fotolara görə, kinorejissor Tahir Tahiroviçə təşəkkür edirik!
 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol