• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda narkomanların yeni məskəni – VİDEO

Bakıda narkomanların yeni məskəni – VİDEO
10.02.2022 09:45
Yaşadıqları binanın bloku sakinləri üçün kabusa çevirilib. Binada yaşayanlar iddia edirlər ki, narkotik aludəçiləri onların binasını özləri üçün məskən seçiblər.

Sakinlərin müraciəti əsasında biz də ərazidə çəkiliş apardıq və narkomanların izinə rast gəldik.

1news.az-ın Xəzər xəbər-ə istinadla verdiyi xəbərə görə, səhər yuxudan duraraq övladlarını məktəbə aparan valideynlər belə bir mənzərə ilə rastlaşıblar.

Narkotikin təsiri altında olduğu iddia edilən şəxs onlara məxsus yaşayış binasının blokunda bu şəkildə yerə uzanıb.

Bura Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasıdır. Biz də həmin ünvanda olduq. Sakinlər bildirdilər ki, artıq narkotik istifadəçiləri sözün əsl mənasında bu bloku özlərinə yuva seçiblər.

Sakinlər bildirirlər ki, həmin şəxslər bir neçə nəfərdir və əsasən də gecə saatlarında gəlirlər və bəzi hallarda mənzillərin qapısını açmağa da cəhd edirlər.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyindən bildirildi ki, həmin görüntülər araşdırılıb. Məlum olub ki, yerə uzanmış həmin şəxs tüfeyli həyat tərzi sürür və narkotik vasitə aludəçisidir. Polis həmin ünvanda nəzarət tədbirlərini artıq gücləndirib. Əraziyə toplaşan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə, eləcə də lazım olarsa məcburi müalicəyə cəlb edilməsi istiqamətində işlər aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol