Bakıda sərnişin avtobusu qəzaya uğradı: yaralananlar var

Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb. “Nissan” markalı avtomobillə 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlər 1977-ci il təvəllüdlü Mehmet Yusif, 1947-ci il təvəllüdlü Mustafa Ramazanov, 1973-cü il təvəllüdlü Engin Şenor, 1990-cı il təvəllüdlü Vüqar Məhərrəmov, 1991-ci il təvəllüdlü Firuz Bayramov, 1992-ci il təvəllüdlü Mirzə Rzayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























