Leyla Əliyevadan növbəti şeir - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva yeni şeir yazıb. ANS PRESS-in məlumatına görə, "Ya uydu" (Mən gedəcəm) adlanan şeir sosial şəbəkədə yayılıb. "YouTube" video paylaşım portalında yerləşdirilən şeiri xanım səsləndirib. Şeir üçün Sergey Hodakovskiy tərəfindən videoçarx da hazırlanıb. Video görüntü qısa müddət öncə yerləşdirilsə də, yüzlərlə insan tərəfindən izlənilib.
Qeyd edək ki, bundan öncə L.Əliyevanın "Böyüklər üçün sevgi" adlanan şeiri yayılmışdı. Şeiri prezidentin kiçik qızı Arzu Əliyeva şəxsi İnstaqram səhifəsində minlərlə izləyicisi ilə paylaşıb.
Fevral ayının 24-ü “Ana” adlanan şeiri sosial şəbəkədə yayılmışdı. Bunlardan əlavə L.Əliyeva “Elegiya”, “Milyard dəfə”, “Mən gedəcəm”, "İnanmıram və səni tərk etmək istəmirəm", "Xoşbəxtlik" adlı şeirlərini oxuculara təqdim etmişdi. Şeirlərdən bəziləri əməkdar artist Ayan Mirqasımovanın ifasında səsləndirilib.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























