Evlərin qiymət artımına səbəb nədir?-EKSPERT

Son iki ayda daşınmaz əmlak bazarında canlanma müşahidə olunur. Bunu həm ev satanlar, həm də ekspertlər vurğulayırlar.
Evini satışa çıxaran Bakı sakini Rafiq Məmmədov anews.az-a bildirib ki, son 1 ayda evlərin qiymətində kəskin artım var.
"7-8 aydır Günəşlidə 9 mərtəbəli binadakı 3 otaqlı mənzilimi satmaq istəyirəm. Elan yerləşdirib, satışa qoymuşam, amma demək olar ki, bazarda durğunluq olduğundan, heç 1 dəfə belə maraqlanan yox idi. Ancaq yanvar-fevraldan xeyli canlama hiss olunur. Demək olar ki, gündə iki zəng gəlir, hətta elə olur ki, iki gündən bir gedib, mənzilə baxırlar. Maklerlərin dediyinə görə, camaat dolların qalxmağını gözləyir. Əllərində olan pulu yatırmağa tələsirlər.
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadovun fikrincə isə, son bir ildə qiymətlərdə bahalaşma özünü göstərir və qiymət artımına səbəb çoxdur.
"Artıq tikinti şirkətlərinə az həcmdə bina tikmək sərf etmir. Son 1 ildə qiymətlətləri tədricən artırırlar. Buna da müəyyən səbəblər təsir edir.
1. Şəhərsalma normativlərinin sərtləşməsi, misal üçün əvvəllər tikinti şirkətləri 1 hektar ərazidə sərbəst 50 min kvadrat metr bina tikə bilirdi. Ancaq artıq bu prosses iki dəfə artıb.
2. Tikinti şirkətlərinə yeni vergi tətbiqləri müəyyən olunub.
3. İnşaat materialları bahalaşıb.
4. Devalvasiya riski.
Bu səbəblərə görə tikinti şirkətlərində canlanma müşahidə olunur.
Ölkədə və dünyada baş verən qiymət artımına görə, evlərin qiymətinin qalxması da səbəblərdən biri hesab olunur. Artıq 2015-ci ilin fevralından baş verən devalvasiya hər ilin yanvar-fevralında insanlarda düşüncə yaradır ki, devalvasiya yenidən ola bilər. Səbəb isə ilin əvvəlində büdcə formalaşır və insanlar düşünürlər ki, devalvasiya riski yarana bilər. Bu səbəbdən də bu aylarda insanlar daşınmaz əmlaka yatırım edir. Bu da öz növbəsində canlanmaya səbəb olur", - deyə ekspert əlavə edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























