Gəncədə 3 ev yanır

Bu gün saat 09:09-da Gəncənin Kəpəz rayon Yanğından Mühafizə Hissəsinə şəhərin Hacıkənd qəsəbəsində yanğın hadisəsi ilə bağlı məlumat daxil olub.Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, YMH-dən verilən məlumata görə, qəsəbədə taxta konstruksiyalardan ibarət olan 3 yaşayış evi yanır.Hadisə yerinə Gəncə və Göygöldən 4 yanğınsöndürən maşın cəlb olunub. Alovun ram edilməsi istiqamətində tədbirlər həyata keçirilir.Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























