• $
  • €
  • ₽
  • ₺
  • £

COVID-19 səbəbindən neçə tələbə imtahan verməyib?

COVID-19 səbəbindən neçə tələbə imtahan verməyib?
10.02.2022 17:40
COVID-19 səbəbindən bir çox universitetlərdə semestr ərzində tələbələr imtahanlarda iştirak edə bilməyib.
 
Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşfiq Anews.az -a bildirdi ki, onların universitetində ümumilikdə 15 tələbə imtahanda iştirak edə bilməyib.
 
"Kino televiziya fakültəsindən 3 tələbədən 2-də təkrar imtahan zamanı COVID-19 aşkarlanıb. Rəssamlıq fakültəsindən 4 tələbə, musiqi sənəti fakültəsindən 7 tələbə qrip olduğuna görə, arayış təqdim edərək sonradan təkrar imtahanda iştirak edib. Teatr sənəti fakültəsindən 1 tələbə imtahana buraxılmayıb, sonradan təkrar imtahanda iştirak edib" - ,deyə əlavə edib.
 
Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin direktoru  Əlövsət Əmirbəyli bildirir ki, COVID-19 olan tələbələr  müvaffiq qaydalara uyğun ərizə yazaraq yenidən imtahanlarda iştirak ediblər. Ümumilikdə isə 14 nəfər virusa yoluxduğu üçün imtahanlarda iştirak edə bilməyib.
 
Azərbaycan Dövlət  Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov açıqlamasında bildirib ki, ümumilikdə  75 tələbə özündə və ailə üzvlərində  COVİD-19 olduğu  üçün imtahanlarda iştirak etməyib Həmin tələbələr sağaldıqdan sonra fərdi şəkildə imtahan veriblər.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərovun sözlərinə görə isə, təxminən 25 tələbə imtahana buraxılmayıb. Onlar karantin müddətləri bitdikdən sonra imtahan veriblər.  
 
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynalov açıqlamasında bildirib ki, qış imtahan sesyasında 29 tələbədə koronavirus aşkar edilib və onlar imtahana buraxılmayıblar. Karantin müddəti bitdikdən sonra onlar üçün fərdi imtahanlar təşkil olunub.
 
Bakı Dövlət Universitetindən bildirilib ki, koronavirus infeksiyasına (COVID-19) yoluxma halına görə semestr imtahanlarına buraxılmama faktı qeydə alınmayıb. 
  
Azərbaycan Tibb Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetilərindən isə sorğumuza cavab ala bilmədik.
 
Aytac Zeynalova





















www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol