Nəşriyyat 4 milyon manat kapitalla dövlət qeydiyyatına alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Azərbaycan Nəşriyyatı” MMC-ni 4 078 550 manat ilə dövlət qeydiyyatına alıb.
Onun qanuni təmsilçisi Leyla Güləliyevadır.
Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Azərbaycan” Nəşriyyatının təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib.
Azərbaycan Dövlət Nəşriyyatı — Azərnəşr 1923-cü ildən bu günədək fasiləsiz fəaliyyət göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























