Küçədə məktəbli qıza şillə vuran şəxs tutuldu - VİDEO

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.
Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb.
Araşdırmalara müəyyən olunub ki, 1993-cü il təvəllüdlü Yasamal rayon sakini Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib.
O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.
İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.
Hadisə fevralın 5-də "İnşaatçılar” metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillənin təsirindən qız ağzından və burnundan xəsarət alıb, qan açılıb.(qafqazinfo)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























