Bakıdan Şuşaya avtobus biletlərinin satışına başlanılıb

Azərbaycanda mart üçün Bakı-Şuşa-Bakı istiqamətində avtobus biletlərinin satışına başlanılıb.
Bilet satışı həmişəki kimi yolumuzqarabaga.az saytı üzərindən həyata keçirilib.
Artıq fevral üçün sözügedən avtobus reyslərinə biletlər tam satılıb. Mart ayı üçün isə bilet satışının bu gündən başlamasına baxmayaraq isə ayın ilk həftələrinə olan avtobus reyslərinə bilet qalmayıb.
Azərbaycanda yanvarın 24-dən Bakı, Əhmədbəyli və Bərdədən Şuşa və Ağdam istiqamətində müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Şuşa istiqamətində səfərlər əvvəlcə həftədə 2 dəfə olsa da, sonradan tələbat nəzərə alınaraq reyslərin sayı 3-ə çatdırılıb. Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə həftədə 2 dəfə avtobus reysləri var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























