Müharibə veteranlarına növbədənkənar məzuniyyət veriləcək

Müharibə veteranları üçün əmək məzuniyyətinin növbədənkənar istifadəsi hüququ nəzərdə tutulub, bunu "Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
"Belə ki, 78-ci maddədə qeyd olunub ki, işəgötürən ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslər arasında seçim etdikdə müharibə iştirakçılarına üstünlük verməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 130-cu maddəsində 14 təqvim günü müddətində müharibə iştirakçılarına verilməsi hüququdur. Müharibə veteranları üçün əmək məzuniyyətinin növbədənkənar istifadəsi hüququ nəzərdə tutulub. Müharibədə iştirak edən və yaralanan şəxslərə bəzi məzuniyyət hüquqları da müəyyən edilib. Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən, Müharibə veteranlarına daha bir hüquq müəyyən edilib. Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 120-ci maddəsində "Müharibə veteranı" adı da əlavə ediləcək”, - deyə xidmət rəisi bildirib.
www.anews.az
Heydərovun sözlərinə görə, Əmək Məcəlləsində müharibə iştirakçıları və müharibə veteranları üçün bəzi imtiyazlar nəzərdə tutulub. O bildirib ki, bunun biri əmək müqaviləsinə ixtisarla xitam verilməsi ilə bağlıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























