• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə olan bank rəhbərinin bütün əmlakı müsadirə edildi - SİYAHI

Həbsdə olan bank rəhbərinin bütün əmlakı müsadirə edildi - SİYAHI
11.02.2022 12:30
"Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Nadir İsmayılovun əmlakları müsadirə olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.

Təqsirləndirilən şəxsin Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi, Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi, Bakıda yerləşən daha bir mənzil, ailə üzvləriin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, başqa bir yaşayış evi, "Jeep Wrangler”, "Mersedes-Benz S500”, "Bentley Continental” və "Mersedes-Benz G63 AMG” markalı maşınlar müsadirə edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur. O, Nadir İsmayılovdan 5 milyon manat tələb edir. Onun zərəri ödənilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, 2016-cı ildən fəaliyyəti dayandırılmış "Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlu 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Bundan başqa, N.İsmayılov 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq edərək bilə-bilə saxta sənədlərdən istifadə edib.

İş üzrə toplanan sübutlar əsasında N.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol