• $
  • €
  • ₽
  • ₺
  • £

14 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham edilən şəxsə bəraət verildi

14 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham edilən şəxsə bəraət verildi
11.02.2022 12:50
İki il öncə Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilərək həbs edilən şəxs azadlığa buraxılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Bərdə Rayon Məhkəməsində gedən proses yekunlaşıb. Hakim təqsirləndirilən Y.B-yə qarşı ittihamın sübuta yetirilmədiyi haqda qərar çıxarıb və Bərdə rayon sakini olan həmin şəxsə bəraət verilib.

Ötən ilin yayında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirib. Ekspertizanın rəyi əsasında həqiqətən də qızın bakirəliyinin pozulması müəyyən edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini Y.B tutularaq istintaqa təqdim edilib.

Məhkəmədə prokuror həmin şəxsin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hökmdən apellyasiya protesti veriləcək.

"Qeyd edilən hökmdən tərəfimizdən apellyasiya protestinin verilməsi təmin ediləcək və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə bildirilib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol