Koronavirus testlərinin alınmasına 5 milyon manat xərclənəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) testlərinin və test ləvazimatlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Qalib şirkətə 4,587 milyon manat ödəniləcək, bu barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yayılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevral ayında Nazirlər Kabineti yanında faliyyətə başlayıb, həmin ilin noyabr ayından publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























