• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Zəngilan aeroportunda aeronaviqasiya avadanlıqlarını tətbiq edib

AZAL Zəngilan aeroportunda aeronaviqasiya avadanlıqlarını tətbiq edib
11.02.2022 16:08
"Azərbaycan Hava Yolları" QSC (AZAL) işğaldan azad edilmiş ərazilərdə aeronaviqasiya xidmətinin bərpası istiqamətində daha bir mərhələni keçməyə nail olub, bu barədə qurum özü məlumat yayıb.

Məlumata görə, səhmdar cəmiyyətinin nəzdindəki "Azəraeronaviqasiya" (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.

Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.

"Çox qısa müddətdə Zəngilan aeroportu böyük nəqliyyat hava qovşağına çevriləcək. Bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün ICAO-nun müəyyən edilmiş standartlarına uyğun olaraq hava limanında aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

AZANS-ın əldə etdiyi kodları və tezlikləri, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemləri təsdiq edib. Onlar, həmçinin, qlobal elektron verilənlər bazasına daxil edilib.

Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – "EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.(report.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol