• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsildən yayınan şagirdlərin sayı açıqlanıb

Təhsildən yayınan şagirdlərin sayı açıqlanıb
12.02.2022 15:59
Cari il ərzində təhsildən yayınan və təhsilə cəlb edilməyən şagirdlərin sayı açıqlanıb. 
 
 Bakı Şəhəri üzrə Tədris İdarəsindən (BŞTİ) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İdarə rəhbərliyi tərəfindən bütün ümumtəhsil məktəblərində təhsilin icbariliyi ciddi nəzarətə götürülüb:
 
"Belə ki, cari tədris ilində təhsildən yayınan və təhsilə cəlb edilməyən 80 məktəbyaşlı uşaq təhsilə cəlb edilib. Eyni zamanda ailə-məişət zəminində yaranan problemlər səbəbindən təhsildən yayınan şagirdlər barədə məktəb rəhbərliyi tərəfindən ərazilər üzrə rayon polis idarəsinə və rayon icra hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasına rəsmi qaydada müraciət edilir.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərinin I-IX siniflərində aylar üzrə davamiyyətin hesabatı aparılır. Məktəb rəhbərləri tərəfindən dərslərə müntəzəm davam etməyən, üzrsüz səbəbdən dərs buraxan şagirdlərin valideynləri ilə əlaqə saxlanılır, dərs buraxmanın səbəbi araşdırılır”.
 
Eyni zamanda məlumatda o da qeyd edilib ki, ümumi təhsil məktəblərində icbari təhsilin həyata keçirilməsi məktəblərin Fəaliyyət Planında xüsusi bölmədə qeyd edilməklə "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”yə uyğun olaraq şagird kontingentinin sabit saxlanılması, icbari təhsilin mahiyyəti və zərurəti, yerinə yetirilməsi vəziyyəti müzakirə edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol