Axtarışda olan narkotacir tutuldu

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az -a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəki rayon sakini, başqa bir cinayət əməlinə görə məsuliyyətindən yayındığı üçün barəsində 2020-ci ildən axtarış elan edilmiş Səxavət Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























